Yuxarı

İrəvana gedən Azərbaycanlı bloger: Heç kəs zəmanət vermədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvana gedən Azərbaycanlı bloger: Heç kəs zəmanət vermədi

Ermənistanda heç kəs mənim təhlükəsizliyimə zəmanət verməmişdi. İrəvana risk edib getmişdim.

Axar.az xəbər verir ki, bunu APA-ya müsahibəsində bu yaxınlarda Ermənistana səfər edən Rusiyada yaşayan azərbaycanlı bloger Turab Zeynalov bildirib.

“Mənim yaxın rəfiqəm var. O, ermənidir. Məni toyuna dəvət eləmişdi. Bilmirdim, gedim, getməyim. Çünki sərhəddən buraxılmamaq ehtimalım var idi. Lakin sonda qərara gəldik ki, gedim. Dostlarımla birgə Moskvadan İrəvana uçduq, aeroportda pasport nəzarətinə yaxınlaşdıq. Sərhədçi mənə baxdı, sonra pasportda ad və soyadıma baxdı. Mənim soyadımın sonluğu “oğlu” deyil, “viç”lə bitir. Məndən milliyyətimi soruşdu. Dedim azərbaycanlıyam. Onun gözlərində qorxu yarandı. Pasportumu mənə qaytardı və bir az gözləməli olduğumu dedi. Məni başqa bir otağa apardılar. Orada Azərbaycanda sonuncu dəfə nə vaxt olmağım, Ermənistana nə məqsədlə gəldiyim barədə suallar yazılmışdı. Anketi doldurdum. Mənə pis davranmadılar. Elə alındı ki, məni sərhəddən buraxdılar. Düşünürdüm ki, əgər məni buraxsalar, birinci olacağam, buraxmasalar da, onda digərləri anlayardı ki, Ermənistana getməyə dəyməz”, - həmyerlimiz deyib.

Turab Zeynalov qeyd edib ki, polis onu aeroportdan çıxana qədər müşayiət eləyib:

"Bizi hava limanından çıxanda dostumun əmisi qarşıladı. Bu zaman mən dostumun əmisi ilə erməni dilində bir az söhbətləşdik. Erməni dilini bir az bilirəm. Erməni polis mənim erməni dilində danışmağımdan təəccübləndi”.

Rusiya vətəndaşı olan azərbaycanlı bloger İrəvanda ona yaxşı münasibət sərgiləndiyini bildirib:

“İnsanlar mənim azərbaycanlı olduğumu biləndə çox yaxşı münasibət bəslədilər. Biz dostlarımla hara gedirdiksə, dostlarım oradakılara mənim azərbaycanlı olduğumu deyirdilər. Əlbəttə ki, bizi istəməyənlər də var. Bunu mənim Yutubda yerləşdirdiyim videomateriala yazılan şərhlərdə də görmək mümkündür".

Zeynalov eyni zamanda valideynlərinin onun Ermənistana getməsinin əleyhinə olduqlarını deyib.

“Qohumlarım mənim Ermənistanda getməyimi istəmirdilər. Onlar qorxurdular. Valideynlərim də qorxurdu. Lakin məni dəstəklədilər. Erməni dostlarım da Bakıya getmək istəyir. Biz bunu müzakirə edirik. Lakin onlar da eynən mənim kimi çəkinirlər. Necə ki, mən İrəvana gedib-getməməklə bağlı çox götür-qoy etdim. İstəyərəm onları Bakıya aparım, lakin onların təhlükəsizliyinə zəmanət verə bilmərəm. Necə ki, onlar mənim təhlükəsizliyimə İrəvanda zəmanət verməmişdilər. Mən risk edib İrəvana getdim”, - bloger əlavə edib.

Azərbaycanlı bloger İrəvan şəhəri barədə təəssüratlarını da bölüşüb:

“İrəvanın küçələri Bakıya çox bənzəyirdi. Misal üçün İrəvanda Puşkin küçəsinə baxırdın, sanki Bakıda “28 May” tərəfdəsən. Bəzi məhəllələr sanki Bakının Əhmədli qəsəbəsini xatırladırdı. İrəvan Bakıya çox bənzəyir. Bunu ancaq hər iki şəhərdə olanlar anlaya bilər. Gözəl şəhərdir. Çox bəyəndim. İrəvanda hər yerə piyada getmək olur, bu çox yaxşıdır. Haradasa İrəvanda 10 gün qaldım. Mən əslində Ermənistanın başqa regionlarına, Dilicana, İcevana da getmək istəyirdim. Lakin dostlarım xəstələndi, ona görə də, bu alınmadı. İrəvandan ayrılanda kövrəldim. Ora yenə getmək istəyərdim”.

Qeyd edək ki, əslən Ağdamın Kəngərli kəndindən olan Turab Zeynalov Moskvada doğulub, böyüdüyünü deyir. O, burada beynəlmiləl dostluğun olduğunu, milli məsələnin ikinci planda qaldığını bildirir. Ümid edir ki, Azərbaycanla Ermənistan arasında sülh sadə insanlar arasındakı münasibətlərə daha müsbət təsir edəcək.

Tarix
2026.11.06 / 01:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla