Yuxarı

Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Expressbank “Felis 2026”da 2 qızıl mükafat qazanıb - Video

Expressbank ASC-nin Anım Günü münasibətilə “Crambone” reklam agentliyi ilə birgə hazırladığı “Yağış yuyur, gün qurudur” imic çarxı “Felis 2026” müsabiqəsində iki kateqoriya üzrə qalib seçilib.

Beləliklə, bank yaradıcı sektorda ilk iştirakında təqdim etdiyi iki müraciətin hər biri üzrə mükafat qazanaraq uğurlu nəticəyə imza atıb.

Mükafatlar noyabrın 4-də Türkiyənin İstanbul şəhərində, “Brand Week Istanbul” çərçivəsində Haliç Konqres Mərkəzində keçirilən təntənəli mərasimdə təqdim olunub.

Oktyabr ayında açıqlanan nəticələrə əsasən, “Yağış yuyur, gün qurudur” çarxı hər iki kateqoriya üzrə qısa siyahıya daxil olub. Mərasim gecəsində isə layihə aşağıdakı kateqoriyalarda qalib elan edilib:

- Use of Music (Musiqidən istifadə) – qızıl mükafat;

- Writing/Screenplay (Ssenari) – qızıl mükafat.

Anım Günü üçün ərsəyə gətirilən film hər gün yanından keçdiyimiz, binaların divarlarından bizə baxan şəhidlərimizin unudulmayan xatirəsinə həsr olunub. Həyat öz axarı ilə davam etsə də, onların xatirəsi gündəlik həyatımızın ayrılmaz bir hissəsi olaraq qalır.

Expressbank bu uğuru Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə ithaf edir. Çünki bəzi adlar heç vaxt unudulmur, bəzi baxışlar isə hər zaman bizimlə qalır.

Expressbank ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.

Tarix
2026.11.06 / 10:47
Müəllif
Axar.az
Digər xəbərlər

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla