DYP-dən bayramla bağlı sürücülərə müraciət
11:27
| Ana səhifə Toplum |
|
Bakı Metropoliteninin "qırmızı xətt"i üzrə fəaliyyət göstərən "Həzi Aslanov" stansiyası yenidən qurulacaq.
Axar.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin Tikinti Lahiyələrinin İdarə Olunması Departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, metro stansiyasında yenidən tikinti quraşdırma işləri həyata keçiriləcək:
"Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, 2030-cu ilə qədər "yaşıl xətt"in şərti adı "Y-17" olan, "Həzi Aslanov-2" metro stansiyası kimi tanınan stansiya istifadəyə verilməlidir.
Stansiya istifadəyə veriləndən sonra "Həzi Aslanov" stansiyasında əsaslı təmir və yenidənqurma işləri aparılacaq".
|
Tarix
2026.11.06 / 10:53
|
Müəllif
Axar.az
|