Yuxarı

DYP-dən bayramla bağlı sürücülərə müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən bayramla bağlı sürücülərə müraciət

Qarşıdan xalqımızın qürur və iftixar mənbəyi olan 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü gəlir. Bu günlər bizə Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığını, qazilərimizin fədakarlığını və xalqımızın sarsılmaz birliyini bir daha xatırladır. Qarşıdakı qeyri-iş günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi riayət etməyə, səfər zamanı diqqətli və məsuliyyətli olmağa çağırır.

Axar.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciətində bildirilib.

“Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitənizin texniki sazlığını, xüsusilə əyləc sisteminin, işıq cihazlarının və təkərlərin vəziyyətini yoxlayın. Hərəkət zamanı sürəti yol və hava şəraitinə uyğun seçin, müəyyən edilmiş sürət həddini aşmayın, təhlükəli ötmə və manevrlərdən çəkinin, ara məsafəsini qoruyun. Təhlükəsizlik kəmərindən istifadə edin, sükan arxasında mobil telefonla diqqətinizi yayındırmayın. Uzun məsafəli səfərlər zamanı yorğun və yuxusuz halda avtomobil idarə etməyin, mütəmadi olaraq fasilələr verin. Xüsusilə hərəkətin intensiv olduğu yollarda diqqətli olun, tələskənliyə yol verməyin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini nəzərə alın.

Piyadalara da müraciət edərək yol hərəkəti qaydalarına ciddi riayət etməyi, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməyi, xüsusilə sutkanın qaranlıq vaxtlarında və məhdud görünmə şəraitində daha diqqətli olmağı tövsiyə edirik”, - məlumatda qeyd olunub.

Tarix
2026.11.06 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla