Dünya ulduzu Bakıda ad gününə dəvət edildi - Video
12:31
| Ana səhifə Toplum |
|
2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən Nazirlər Kabinetinin saxlanılmasına 2026-cı illə müqayisədə 33,4% çox - 45,166 milyon manat vəsait ayrılacaq.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Belə ki, həmin vəsaitin 39,322 milyon manatı əməyin ödənişinə, 5,12 milyon manatı malların (iş və xidmətlərin) satın alınmasına, 510 min manatı sosial ödənişlərə, 215 min manatı isə qeyri-maliyyə aktivlərinə yönəldiləcək.
|
Tarix
2026.11.06 / 11:51
|
Müəllif
Axar.az
|