Yuxarı

Vergi borclarına görə hesablanan faizlər iki dəfə azaldıla bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vergi borclarına görə hesablanan faizlər iki dəfə azaldıla bilər

Vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif olunur.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, ixracyönümlü fəaliyyətin stimullaşdırılması da nəzərdə tutulan dəyişikliklərin əsas istiqamətlərindən biridir: "Bu istiqamətdə ixrac fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün əlavə vergi təşviqlərinin tətbiqi təklif olunur. Təklif edilən təşviqlər yalnız malların deyil, həm də xidmətlərin ixracını əhatə edir. Bu dəyişikliklər yerli sahibkarlıq subyektlərinin xarici bazarlara çıxış imkanlarının genişləndirilməsinə və ölkənin ixrac potensialının artırılmasına yönəlib".

O qeyd edib ki, müsbət yeniliklərdən biri də vergi öhdəliklərinin müəyyən edilmiş müddətdə yerinə yetirilməməsinə görə gecikdirilmiş hər gün üçün hesablanan faizlərin iki dəfə azaldılmasının təklif edilməsidir: "Bununla yanaşı, maliyyə sanksiyalarının daha qısa müddətdə ödənilməsini stimullaşdırmaq məqsədilə əlavə təşviq mexanizmlərinin tətbiqi də nəzərdə tutulur."

Tarix
2026.11.06 / 11:57
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar anti-Vətən xislətlərini yenə də biruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla