Yuxarı

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmuş 56 əməkdaşla görüş keçirib.

Axar.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti 2025-ci ilin sentyabrında başlanmış proqram gələcək aviatexniklərin nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnməsini nəzərdə tutur. Təhsilin ilk iki ili Milli Aviasiya Akademiyasında (MAA) nəzəri hazırlığa, növbəti üç ili isə praktiki təlimə həsr olunub. B1 istiqaməti təyyarələrin konstruksiyası, mühərrikləri və mexaniki sistemlərinə, B2 istiqaməti isə elektrik, elektron, rabitə və naviqasiya sistemlərinə texniki xidmət üzrə ixtisaslaşmanı əhatə edir.

Görüş zamanı Azərbaycan Hava Yollarının İnsan Resursları İdarəsinin əməkdaşları və Texniki Xidmətin rəhbər heyəti iştirakçılara aviaşirkətin strateji prioritetləri, inkişaf perspektivləri və gələcək texniki mütəxəssislər qarşısında qoyulan peşəkar tələblər barədə məlumat veriblər. Həmçinin iştirakçıların gələcək karyera imkanları və aviasiya sahəsində peşəkar inkişafın əhəmiyyəti ətrafında müzakirələr aparılıb. Tədbir çərçivəsində təşkil olunan praktiki təlim isə korporativ dəyərlərin gündəlik iş prosesində tətbiqinə və hər bir əməkdaşın uçuş təhlükəsizliyi mədəniyyətinin formalaşmasında daşıdığı məsuliyyətə həsr olunub.

Proqram Azərbaycan Hava Yollarının texniki xidmət sahəsində ixtisaslı mütəxəssislərin hazırlanmasına, daxili kadr potensialının inkişafına və aviasiya əməliyyatlarının dayanıqlılığını təmin edən peşəkar komandanın formalaşdırılmasına yönəlmiş uzunmüddətli strategiyasının bir hissəsidir.

Azərbaycan Hava Yollarının fəaliyyəti ilə bağlı ən son xəbərlərlə aviaşirkətin rəsmi internet səhifəsində və mobil tətbiqində tanış olmaq mümkündür.

Tarix
2026.11.06 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla