Yuxarı

İcbari tibbi sığorta fondunun gələnilki xərcləri... - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcbari tibbi sığorta fondunun gələnilki xərcləri... - Nazir

İcbari tibbi sığorta fondunun 2027-ci il üçün gəlirləri 2 milyard 257 milyon manat nəzərdə tutulur ki, bu da 2026-cı il üzrə təsdiq olunmuş gəlirlərdən 281,2 milyon manat və ya 14,2 faiz çoxdur.

Axar.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, gələn il İcbari tibbi sığorta fondunun ümumi xərclərinin 2 milyard 980 milyon manat həcmində olması proqnozlaşdırılır. Bu da cari ilin təsdiqlənmiş göstəricisindən 358,7 milyon manat və ya 13,7 faiz çoxdur.

Anar Əliyev fondun növbəti il üzrə xərclərinin 2 milyard 565 milyon manatı və ya 86,1 faizinin tibb müəssisələri üzrə icbari tibbi sığorta ödənişləri və əməkhaqqı xərcləri üçün nəzərdə tutulduğunu deyib.

Bildirib ki, İcbari tibbi sığorta fondunun gələn ilki xərclərində səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə 185 milyon manat, tibbi xidmətlərin inkişafı və təkmilləşdirilməsi, həmçinin rəqəmsal infrastrukturunun qurulması üçün 105 milyon manat, aptek təşkilatlarına ambulator şəraitdə istifadə olunan dərman vasitələrinə görə sığorta ödənişi, əlilliyi olan şəxslərin dərman preparatları ilə təminatı üçün 59 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Tarix
2026.11.06 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla