Yuxarı

Azercell qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azercell qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir

Azercell gənc qadınların informasiya və kommunikasiya texnologiyaları sahəsində inkişafına və gələcək karyera imkanlarının genişləndirilməsinə yönəlmiş “Uğur qızlarımızındır” təşəbbüsünü davam etdirir. Təşəbbüs çərçivəsində Kompüter elmləri, Data analitikası və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə yüksək nəticələrlə ali məktəblərə qəbul olan tələbə qızlarla görüş keçirilib.

Görüşdə Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva, Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova və şirkətin digər nümayəndələri iştirak ediblər.

Müzakirələrdə texnologiya sektorunun inkişaf istiqamətləri, yeni peşə və bacarıqlara artan tələbat, eləcə də tələbələrin gələcək karyera perspektivləri diqqət mərkəzində olub. Gənc qadınların İKT sahəsində daha geniş iştirakının sektorun innovasiya potensialının güclənməsinə və ölkənin rəqəmsal inkişafına töhfəsi vurğulanıb.

Tələbələrin xüsusi maraq göstərdiyi süni intellekt və kibertəhlükəsizlik sahələrində Azercell-in fəaliyyəti barədə də məlumat verilib. Bildirilib ki, süni intellekt Azercell-in rəqəmsal transformasiya strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu texnologiyanın müştəri təcrübəsinin yaxşılaşdırılması, şəbəkənin daha səmərəli idarə olunması, kibertəhlükəsizliyin gücləndirilməsi və daxili proseslərin optimallaşdırılması üzrə tətbiqini genişləndirir. Kibertəhlükəsizlik sahəsində də öncül mövqeyini gücləndirən Azercell ölkədə ilk Telekom CERT komandasını yaradıb. Komanda kibertəhdidlərin aşkarlanması və insidentlərə operativ reaksiya imkanlarını inkişaf etdirərək rəqəmsal infrastrukturun təhlükəsizliyinə və dayanıqlığına töhfə verir.

Eyni zamanda, qızlara şirkətdə təcrübə və təqaüd proqramları, həmçinin peşəkar inkişaf imkanları barədə məlumat verilib.

Yeni nəsil texnologiya mütəxəssislərinin yetişdirilməsi və rəqəmsal savadlılığın təşviqi Azercell-in sosial strategiyasının prioritet istiqamətlərindəndir. Şirkət “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq təhsilə, gənclərin inkişafına və bərabər imkanların genişləndirilməsinə yönəlmiş təşəbbüslərlə inklüziv və dayanıqlı inkişafı dəstəkləyir.

Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.

Tarix
2026.11.06 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla