Yuxarı

Prokurorluqdan ər-arvadı öldürən şəxslə bağlı yeni məlumat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prokurorluqdan ər-arvadı öldürən şəxslə bağlı yeni məlumat

Tərtərdə iki nəfəri öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu il avqustun 6-da Tərtər şəhəri Nəriman Nərimanov küçəsi ev 38 ünvanında yerləşən evin yanması və həmin evdə yaşayan 1954-cü il təvəllüdlü Adilə Hüseynova və əri 1941-ci il təvəllüdlü Əsgər Səmədovun üzərlərində zorakılıq əlamətləri olan kömürləşmiş meyitlərinin aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları İdarəsinin Kriminalistika şöbəsində araşdırma aparılıb.

İstintaqla 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüqar Baxşəliyevin tamah məqsədilə qanunsuz olaraq Adilə Hüseynova və Əsgər Səmədovun yaşadıqları mənzilə daxil olaraq kəsici alətlə onlara xəsarət yetirdiyi, evdən külli miqdarda pul vəsaitini taladığı, habelə cinayətin izlərini gizlətmək məqsədilə özü ilə gətirdiyi yanacaqdan istifadə edərək mənzili və zərərçəkmiş şəxsləri yandırmaqla onları xüsusi amansızlıqla qəsdən öldürdüyünə dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Vüqar Baxşəliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.3 (quldurluq) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə yenidən ittiham elan edilib.

Cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix
2026.11.06 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla