Yuxarı

FHN-də Zəfər Günü ilə bağlı tədbirlər keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-də Zəfər Günü ilə bağlı tədbirlər keçirildi

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Axar.az xəbər verir ki, tədbirlərdən əvvəl Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyulub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Şəxsi heyət, həmçinin böyük Zəfərin tarixinə həsr edilmiş kompleks və muzeylərə baş çəkərək qəhrəman əsgər və zabitlərimizin şərəfli döyüş yolu ilə tanış olub.

Sonra Nazirliyin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Dahi Rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantılarda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin hərbi-siyasi əhəmiyyətindən söz açılıb, Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici rol oynayan hərbi əməliyyatların gedişindən, Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi misilsiz qəhrəmanlıqdan və xalqımızın sarsılmaz milli həmrəyliyindən ətraflı bəhs olunub. Bildirilib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, rəşadətli Ordumuzun misilsiz şücaəti və xalqımızın birliyi sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunub, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində isə dövlət suverenliyimiz ölkəmizin bütün ərazilərində tam bərpa edilib. Vurğulanıb ki, 8 noyabr tarixi Azərbaycan xalqının iradəsinin, milli birliyinin və dövlətçilik əzminin təntənəsi kimi tarixə düşüb.

Tədbirlər çərçivəsində Vətən müharibəsi qəhrəmanlarının döyüş yolu, şəhidlərimizin göstərdiyi fədakarlıq və Zəfərə aparan tarixi yol haqqında məlumat verilib, mövzuya həsr olunmuş filmlər nümayiş etdirilib.

Bundan əlavə, Nazirliyin strukturları tərəfindən Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyaları keçirilib. Aksiyalarda müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Tarix
2026.11.06 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla