Yuxarı

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb.

Axar.az-ın Globalinfo.az-a istinadən xəbərinə görə, o bildirib ki, müxtəlif ölkələrdən qadınların təmsil olunduğu nümayəndə heyəti Bakıya səfər edərək Umbakı Penitensiar Kompleksində saxlanılan erməni məhbuslarla görüşmək istəyir.

Zonabendin sözlərinə görə, nümayəndə heyətinin məqsədi məhbuslara yaxınlarının məktublarını, fotolarını və bağlamalarını çatdırmaqdır.

O qeyd edib ki, səfərlə bağlı hazırlıq işləri davam edir. Nümayəndə heyəti müvafiq razılaşmalar əldə olunduqdan sonra Bakıya gəlməyə hazırdır.

Zonabend, həmçinin bildirib ki, məhbuslar üçün müxtəlif şəxslər tərəfindən toplanan 1254 məktub oktyabrın 1-də Ermənistan hökumətinə təqdim edilib. Məktubların Bakıya çatdırılmasına kömək göstərilməsi xahiş olunub.

“Bizim məqsədimiz dəyişməz olaraq qalır: yaxınlarımızı görmək və məhbusların ailələri ilə əlaqəsini bərpa etmək istəyirik”, – deyə o vurğulayıb.

Tarix
2026.11.06 / 22:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla