Yuxarı

Məcburi köçkün zəbt etdiyi mənzili başqasına satıb? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məcburi köçkün zəbt etdiyi mənzili başqasına satıb? - Video

Bakıda məcburi köçkün ailəsi tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur.

Axar.az xəbər verir ki, bu iddia ilə "Xəzər Xəbər"ə müraciət edən paytaxt sakini Seymur Qasımov atasına məxsus mənzilin Laçın rayonundan olan məcburi köçkün ailəsi tərəfindən zəbt edildiyini bildirib.

Seymur Qasımov deyib ki, Nizami rayonu, Nəsimi küçəsi 29 ünvanında yerləşən mənzil daha sonra başqa şəxsə satılıb.

Onun sözlərinə görə, keçmiş məcburi köçkünlər mənzildən çıxdıqdan sonra ev möhürlənib, açarlar ərazi üzrə 34 saylı Mənzil-Kommunal İstismar Sahəsinə təhvil verilib. Amma atasına məxsus mənzilin kim tərəfindən və necə satılması ilə bağlı onlara məlumat verilməyib.

34 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Qardaşxan Hüseynov məsələyə belə aydınlıq gətirdi:

"Nəsimi 29, mənzil 29-da Laçından məcburi köçkün ailəsi yaşayıb. Onlar doğma yurdlarına qayıtdı. Biz də mənzilin qapısını möhürlədik və açarı Mənzil Kommunal Təsərrüfatı Birliyinə, yəni özümüzün baş idarəmizə təqdim etdik. Sonradan indi əlimdə sizə təqdim etdiyim bu sənədi görürsünüzmu? Əmlak Məsələləri Dövlət Xidmətindən çıxarışı vətəndaş gətirib bizə və deyib ki, bu mənzil mənimdir. Biz də bu sənədin əsasında baş idarədən açarı alıb mülkiyyətçiyə təqdim etmişik. Əgər bu şəxs deyirsə ki, ev mənimdir, bu məsələyə məsul qurum 34 saylı Mənzil-Kommunal İstismar Sahəsi deyil. Biz əmlakın rəsmi sənədinə baxıb açarı vermişik. Məsələ məhkəmə predmetidir".

Daşınmaz Əmlakın Dövlət və Reystri Publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsindən isə bildirilib ki, Nəsimi küçəsi, ev 29-da yerləşən 29 saylı mənzil Bakı şəhəri, 32 saylı dövlət notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Alyoşa Vəzir oğlu Bəşirovun adına qeydiyyata alınıb və rəsmiləşdilirlib.

Məsələyə Xətai Rayon Məhkəməsində baxılır.

Tarix
2026.11.07 / 09:57
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla