Yuxarı

AMEA Ramiz Mehdiyevlə bağlı iddialara aydınlıq gətirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AMEA Ramiz Mehdiyevlə bağlı iddialara aydınlıq gətirdi

Sosial mediada AMEA-nın prezidenti İsa Həbibbəylinin adının Ramiz Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi Milli Elmlər Akademiyasının rəhbərliyinə qarşı növbəti təxribatdır. Belə ki, Ramiz Mehdiyev Akademiyanın rəhbəri vəzifəsində çalışdığı müddətdə İsa Həbibbəylinin tutduğu vəzifədən azad edilməsi və səlahiyyətlərinin aşağı salınması üçün Akademiyanın rəhbərliyi tərəfindən bir sıra rəsmi qərarlar qəbul olunub.

Axar.az xəbər verir ki, bu barədə AMEA İctimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında qeyd olunub.

"AMEA Rəyasət Heyətinin Ramiz Mehdiyev tərəfindən imzalanmış 8 yanvar 2021-ci il tarixli 1/15 saylı qərarı ilə İsa Həbibbəyli AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilmiş, vitse-prezident vəzifəsini icra edən təyin olunub.

Bundan başqa, Ramiz Mehdiyevin sədrlik etdiyi AMEA Rəyasət Heyətinin 26 yanvar 2022-ci il tarixli iclasının qərarı ilə İsa Həbibbəylinin 2013-cü ildən rəhbərlik etdiyi Humanitar və İctimai Elmlər Bölməsi iki yerə bölünüb, İctimai Elmlər Bölməsi alınaraq onun vəzifə səlahiyyətləri azaldılıb.

Bir neçə gündən sonra 7 fevral 2022-ci il tarixdə İsa Həbibbəyli tutduğu Humanitar Elmlər Bölməsi üzrə vitse-prezident vəzifəsindən azad olunması haqqında AMEA rəhbərinə ərizə ilə müraciət edib.

Real vəziyyət və münasibətlər belə olduğu halda Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə verəcəyi barəsindəki informasiya indiki mövcud vəziyyətdən istifadə etməklə AMEA rəhbərinə yeni bir qarayaxma oyunu düzəltməyə xidmət edir", - məlumatda bildirilib.

Tarix
2026.11.07 / 11:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla