Yuxarı

“Araz” şəhid əməkdaşlarının ailələrini ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Araz” şəhid əməkdaşlarının ailələrini ziyarət etdi

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsi 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid əməkdaşlarının ailələrini ziyarət edib.

Axar.az xəbər verir ki, ziyarətlərdə “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin üzvləri və digər rəhbər şəxslər iştirak ediblər. Onlar şəhid əməkdaşların Bakıda və müxtəlif rayonlarda yaşayan ailələrinə baş çəkib, valideynləri və yaxınları ilə görüşərək ailələrin vəziyyəti və rifahı ilə maraqlanıblar.

Şəhidlərin valideynləri və ailə üzvləri “Araz” supermarketlər şəbəkəsinin göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər. Onlar şirkətin şəhid ailələrinə daim diqqət və mənəvi dəstək göstərdiyini vurğulayıblar.

Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsinin 9 əməkdaşı Şuşa, Xocavənd, Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək şəhid olub. Onların arasında Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev də var. Şəhid əməkdaşların hər biri göstərdikləri igidliyə görə orden və medallarla təltif olunublar.

Tarix
2026.11.08 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla