Yuxarı

XİN-dən Zəfər Günü ilə bağlı paylaşım: Milli iradə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN-dən Zəfər Günü ilə bağlı paylaşım: Milli iradə

8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edirik.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında məlumat yayılıb.

Qeyd olunub ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi misilsiz qəhrəmanlıq və qazanılan tarixi zəfər xalqımızın milli iradəsinin, birliyinin və sarsılmaz əzminin təntənəsinə çevrilib:

"Bu möhtəşəm qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına aparan tarixi yolun ən mühüm mərhələsi olmuşdur. Zəfər Günü milli həmrəyliyimizin, dövlətçilik iradəmizin və gələcəyə olan inamımızın rəmzidir. Bu gün Azərbaycan qalib dövlət kimi regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsi naminə səylərini qətiyyətlə davam etdirir.

Bu müqəddəs gün münasibətlə vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və bütün müharibə iştirakçılarına göstərdikləri fədakarlığa görə minnətdarlığımızı bildiririk. Qəhrəmanlarımızın əzmi və şücaəti xalqımızın yaddaşında daim yaşayacaq, zəfər salnaməmiz gələcək nəsillər üçün qürur və ilham mənbəyi olacaqdır. Zəfər Günümüz mübarək olsun!"

Tarix
2026.11.08 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla