Yuxarı

Ülvi Hacıyevin xatirəsinə həsr edilmiş konsert keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ülvi Hacıyevin xatirəsinə həsr edilmiş konsert keçirildi - Foto

Beynəlxalq Muğam Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin iştirakı ilə “Azərbaycan Zəfəri-2” adlı konsert proqramı təqdim olunub.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynova Axar.az-a açıqlamasında bildirib ki, konsert proqramı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşı olmuş şəhid Ülvi Hacıyevin əziz xatirəsinə həsr edilib:

“Ülvi Hacıyevə "Şəhidlik zirvəsi" adlı mahnı həsr etmişəm. Mahnının sözləri Vahid Əzizə məxsusdur. Ülvi Hacıyev ilə tanışlığımız yox idi, lakin onun axtarışları, ailəsinin çəkdiyi nisgil bir növ mənə öz həyatımı, həyat yoldaşım Rəşad Atakişiyevin axtarışlarını və onun xatirəsini xatırlatdı. Bu, "Şəhidlik zirvəsi" mahnısının ərsəyə gəlməsinə səbəb oldu. Artıq ailənin yaxınlarından biri kimi deyə bilərəm ki, anası Həmidə Qurbanova vətənpərvər, millətini sevən, övladı ilə hər zaman fəxr edən analardandır".

K.Hüseynovanın sözlərinə görə, bu layihədə İncəsənət Universitetinin tələbələri də dəstək olublar:

"Məktəbimizin vətənpərvərlik ruhunda böyüyən şagirdlərinin budəfəki konsertini məhz Ülvi Hacıyevin əziz xatirəsinə həsr etməyə qərar verdim. Bu layihədə İncəsənət Universitetinin tələbələri də bizə dəstək oldular. Ülvinin uşaqlığını və gəncliyini canlandırmaqla, onun həyat yoluna nəzər salaraq vətənpərvərlik ruhunda yazılmış mahnılara keçidlər etdik. Bədii kompozisiyamız həm teatrlaşdırılmış formada, həm də musiqinin güclü nəfəsi və ifa vasitəsilə tamaşaçılara çatdırılır. Gənc nəsil öz qəhrəmanlarını tanımalı, Vətən və millət uğrunda mübarizə ruhunda böyüməlidir”.

Şəhid Ülvi Hacıyevin anası Həmidə Qurbanova isə tədbirin təşkilinə görə Könül Hüseynovaya təşəkkürünü bildirib:

“Oğlum könüllü orduya yazılmışdı. Şuşaya 10 kilometr qalmış şəhidlik zirvəsinə ucaldı. 50 günlük axtarışdan sonra, dekabrın 4-də bizə oğlumun şəhid olduğu bildirildi. Bu tədbiri təşkil edən Könül Hüseynovaya ailəmiz adından təşəkkür edirəm. Xalqımız hər zaman yanımızdadır”.

Tarix
2026.11.08 / 11:07
Müəllif
Axar.az
Digər xəbərlər

Şərifdən 8 Noyabr mesajı: Cəsarətin tarixi sübutu...

Prezident xalqımızın torpaq həsrətinə son qoydu - Qafarov

Dövlət rəsmiləri Zəfər parkında - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla