Yuxarı

Şəhid Namiq Quliyev Bakı Avropa Liseyində anıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid Namiq Quliyev Bakı Avropa Liseyində anıldı - Video

Noyabrın 5-də Bakı Avropa Liseyində Vətən müharibəsi şəhidi Namiq Quliyevin əziz xatirəsinə həsr olunmuş “Zəfər əmanəti” adlı anım tədbiri keçirilib.

Axar.az xəbər verir ki, liseyin 3a sinif şagirdlərinin iştirakı ilə təşkil olunan tədbir təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər Mirzəyevanın təşkilatçılığı ilə baş tutub.

Tədbirdə şəhid Namiq Quliyevin həyat və döyüş yolu, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və Vətənə sədaqəti xüsusi ehtiramla yad edilib.

Qeyd olunub ki, Namiq Quliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Ailəsinin yeganə övladı olmasına baxmayaraq, könüllü olaraq ön cəbhəyə yollanan qəhrəman döyüşçü noyabrın 5-də Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. O, II Fəxri xiyabanda dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Namiq Quliyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Anım mərasimində şəhidin həyat və döyüş yolundan bəhs edən “Günəş boyda dünya” filmindən fraqmentlər nümayiş etdirilib, şagirdlərin hazırladıqları videoçarxlar təqdim olunub. Vətənə məhəbbət, qəhrəmanlıq və Zəfər mövzusunda şeirlər səsləndirilib. Şagirdlər 44 günlük Vətən müharibəsinin tarixi, xalqımızın həmrəyliyi və Azərbaycan Ordusunun şanlı Qələbəsi haqqında fikirlərini bölüşüblər.

Tədbirin ən təsirli məqamlarından biri balaca Namiqin səhnədə səsləndirdiyi müraciət olub. Bu çıxış şəhidlərimizin müqəddəs xatirəsinin gələcək nəsillərin yaddaşında yaşadılmasının və qəhrəmanlıq salnaməmizin gənc nəslə aşılanmasının əhəmiyyətini bir daha nümayiş etdirib.

Tədbirin sonunda şəhid Namiq Quliyevin xatirəsini əbədiləşdirmək məqsədilə liseyin həyətində onun adına ağac əkilib və xatirə lövhəsi qoyulub. Bu addım şəhidin adının daim yaşadılmasının, onun qəhrəmanlıq irsinin gələcək nəsillərə ötürülməsinin rəmzi kimi dəyərləndirilib.

“Zəfər əmanəti” adlı anım tədbiri şəhidlərimizin bizə əmanət qoyduğu Zəfərin dəyərini, Vətən sevgisinin müqəddəsliyini və tarixi yaddaşın qorunmasının vacibliyini bir daha xatırladıb.

Tarix
2026.11.08 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

İşğal dövründə dəfələrlə bəyan edirdim... - Əliyev

İlham Əliyev Xankəndidən xalqa müraciət etdi - Video

Ərdoğan Azərbaycana yola düşdü

Düşmənin beli döyüş meydanında qırıldı - Prezident

Tokayev İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla