Yuxarı

Xətaidə Zəfər Günü belə qeyd olundu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətaidə Zəfər Günü belə qeyd olundu - Video

Noyabrın 7-də Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə "8 noyabr-Zəfər Günü"nə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil olunub.

Axar.az xəbər verir ki, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, şəhid ailələrinin, qazilər, ziyalılar və sakinlərin qatıldıqları tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirdə qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusu möhtəşəm Qələbə qazanıb. "8 Noyabr – Zəfər Günü" bizim tariximizdə olan ən parlaq səhifədir. Altı il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb. Son altı ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir. Artıq üç rəngli bayrağımız 30 il işğal altında qalan torpaqlarımızın hər qarışında dalğalanmaqdadır. Bu möhtəşəm qələbə Ali Baş Komandan İlham Əliyevin siyasi və hərbi iradəsi, igid vətən oğullarımızın qəhrəmanlığı və xalqımızın birliyi nəticəsində əldə olunub. Həmçinin, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı dilənib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizin qəhrəman əsgər və zabitlərinə minnətdarlıq ifadə edilib.

Sonra isə tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında vətənpərvərlik mövzusunda bir-birindən maraqlı ifalar izləyicilərə təqdim olunub. Sonda atəşfəşanlıq olub. Yüksək vətənpərvərlik duyğuları və coşqu ilə keçən konsert proqramı sakinlər tərəfindən böyük məmnunluqla qarşılanıb.

Tarix
2026.11.08 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

Ərdoğan Azərbaycana gəldi

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı - Video

Azərbaycançılıq vətəndaşlarımızı birləşdirən fəlsəfədir

Sabahın hava proqnozu açıqlandı

Ermənistan o qədər azğınlaşmışdı ki... - Əliyev

Xankəndidə Zəfər Muzeyi olacaq - Prezident

Sərvətlərimiz talandı, məscidlər təhqir olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla