Yuxarı

ƏƏSMN kollektivi Zəfər abidəsini ziyarət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ƏƏSMN kollektivi Zəfər abidəsini ziyarət etdi

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib.

Axar.az xəbər verir ki, Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsini, xalqımızın sarsılmaz birlik və həmrəyliyini, dəmir iradəsini təcəssüm etdirən Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz uğurlu hərbi əməliyyatlarla cəmi 44 gün ərzində möhtəşəm tarixi Zəfər əldə edib. Beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olunub.

İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalanması və aparılan böyük bərpa-quruculuq işləri hər birimiz üçün sonsuz iftixar mənbəyidir.

Dövlətimizin başçısının 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.

Tarix
2026.11.08 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay masası əsnasında söhbət ediblər - Foto

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik faktorudur - Əliyev

Ərdoğanın Qarabağ səfərində mühüm mesaj...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla