Yuxarı

Zəfər Günü İzmirdə də qeyd edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəfər Günü İzmirdə də qeyd edildi

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi ilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası 8 Noyabr Zəfər Günü münasibətilə İzmirdə tədbir təşkil edib. Tədbir çərçivəsində Bornova Azərbaycan Dostluq Parkında yerləşən Xocalı abidəsi ziyarət olunub, şəhidlər yad edilib.

Axar.az xəbər verir ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, bu Zəfərin Türk dünyası üçün daşıdığı əhəmiyyət bir daha vurğulanıb.

Tədbirdə çıxış edən dərnək rəhbərləri və iştirakçılar Qarabağın azad olunmasının yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının tarixində mühüm dönüş nöqtəsi olduğunu bildiriblər.

İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Əşrəf Tuna çıxışında Qarabağın işğaldan azad olunmasına aparan yoldan, verilən mübarizədən və 8 Noyabr Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb.

Tədbirdə çıxış edən jurnalist Nigar Ögeday Qarabağ Zəfərinin bütün Türk dünyasının ortaq qüruru olduğunu söyləyib.

Nigar Ögeday Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın yalnız sözlərlə deyil, çətin günlərdə göstərilən həmrəyliklə də öz təsdiqini tapdığını vurğulayaraq, Türk dünyasının ortaq tarixinə və gələcəyinə sahib çıxmasının vacibliyini qeyd edib.

Aygün Əroğlu, Emil Cəfərov, Tural Paşayev, Vüsal Dadanoğlu, həmçinin MHP Bələdiyyə Məclisinin üzvü Veysəl Qarani Batı çıxış edib, Qarabağ Zəfəri haqda fikirlərini bölüşüblər.

Tarix
2026.11.08 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Prezidentlər Şuşa qalası önündə - Foto

Əliyev və Ərdoğandan qardaşlıq mesajı - Foto

Prezidentlər Zəfər abidəsinin önünə əklillər qoydular

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Birinci xanımlar çay süfrəsi arxasında söhbət etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla