Yuxarı

Bulvarda atəşfəşanlıq keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bulvarda atəşfəşanlıq keçirildi

8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda təntənəli bayram konserti keçirilib.

Tədbir Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Axar.az xəbər verir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun qazandığı tarixi Zəfərin altıncı ildönümünə həsr olunan bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları, müğənnilər və rəqs kollektivləri çıxış ediblər.

Konsert proqramında Azərbaycanın qəhrəmanlıq salnaməsini, Vətən sevgisini, milli ruhu və xalqımızın sarsılmaz iradəsini tərənnüm edən musiqi nömrələri səsləndirilib. İfa olunan vətənpərvərlik mahnıları, rəngarəng səhnə kompozisiyaları və rəqs nömrələri tarixi Qələbənin yaratdığı qürur hissini bir daha yaşadıb.

Azərbaycan xalqının birliyini, həmrəyliyini və Zəfər əzmini nümayiş etdirən tədbirdə 30 illik torpaq həsrətinə son qoyan, ölkəmizin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən Qələbənin əhəmiyyəti musiqi və sənətin dili ilə ifadə olunub.

Bayram konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Tarix
2026.11.08 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla