Yuxarı

Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldıldı

ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanın Dövlət Bayrağının təntənəli ucaldılması mərasimi keçirilib.

Axar.az xəbər verir ki, tədbir Azərbaycan-Amerika Gənclər Federasiyasının təşkilatçılığı, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Mərasim yerli vaxtla noyabrın 8-də Nyu-Yorkun maliyyə mərkəzi hesab olunan Uoll-Strit (Wall Street) yaxınlığındakı tarixi Boulinq-Qrin (Bowling Green) parkında təşkil edilib.

Şəhərin ən qədim ictimai parkı olan Boulinq-Qrində keçirilən tədbirdə Nyu-York və ətraf ştatlardan Azərbaycan icmasının nümayəndələri, diaspor fəalları və soydaşlarımız iştirak ediblər.

Mərasimdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev və Azərbaycanın BMT yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Tofiq Musayev çıxış ediblər.

Tədbir çərçivəsində Azərbaycanın Dövlət Bayrağı təntənəli şəkildə ucaldılıb.

Tarix
2026.11.09 / 01:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla