Bakıda dava: 33 yaşlı kişi bıçaqlandı
10:42
| Ana səhifə Toplum |
|
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev onun ünvanın qeyri etik ifadə işlədən şəxslə əlbəyaxa dava edib.
Dava zamanı N.Mehdiyev bıçaqlanıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılır
|
Tarix
2026.11.09 / 10:42
|
Müəllif
Axar.az
|