Yuxarı

Azərbaycana 29 sm qar yağdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana 29 sm qar yağdı

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bəzi yerlərdə leysan xarakterli intensivdir. Bəzi dağlıq ərazilərə isə qar yağır.

Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qar örtüyünün hündürlüyü Şahdağda 29, Qrızda 27, Xınalıqda 25, Sarıbaşda (Qax) 23, Əlibəydə (Zaqatala) 22, Qusarda (Laza) 20, Kişçayda (Şəki) 17, Gədəbəydə 11, Daşkəsəndə 10, Xaltanda 8, Kəlbəcərdə 7, Laçın, Qubadlı, Altıağacda 4, Şuşa, Şahbuzda 2, Lerik və Göygöldə 1 sm-dir.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Bakıda 21 (aylıq normanın 72%-i), Maştağada 15, Binədə 9, Pirallahıda 7, Sumqayıtda 3 mm-dir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Astarada 41, Oğuzda 40, Şəkidə 30, İsmayıllı, Yardımlıda 29, Lənkəranda 26, Qəbələdə 24, Göyçayda 22, İmişlidə 20, Balakəndə 19, Beyləqan, Cəfərxanda 17, Qubada 16, Ağdam, Tərtər, Sabirabadda 15, Kürdəmirdə 14, Cəlilabad, Bərdə, Ordubadda 13, Zərdab, Şamaxıda 12, Ağsu, Mingəçevir, Qobustanda 11, Biləsuvar, Naftalan, Goranboy, Şərur, Naxçıvanda 9, Yevlaxda 8, Sədərəkdə 7, Xaçmaz, Şabranda 5, Neftçala, Şəmkir, Culfada 4, Gəncədə 3, Cəbrayılda 1 mm-dək qeydə alınıb.

Xankəndinə sulu qar, Xocalı və Füzulidə isə yağış yağıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçala, Tovuzda 20, Mingəçevir, Şabran, Naftalanda 18, Naxçıvanda 16 m/s-dək güclənir.

Tarix
2026.11.09 / 10:51
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla