Yuxarı

Bakıda 2 küçənin sakinləri arasında mübahisə düşdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 2 küçənin sakinləri arasında mübahisə düşdü - Video

Tullantı sularının axıdılması üçün çəkilən kanalizasiya xətti iki küçənin sakinlərini üz-üzə qoyub.

Axar.az “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, paytaxtın Nizami rayonunun Qafqaz küçəsi və Xətai rayonunun Kəpəz küçəsinin sakinləri arasında kanalizasiya xəttinin hara birləşdiriləcəyi ilə bağlı mübahisə yaranıb.

Qafqaz küçəsinin sakinləri deyiblər ki, şəxsi vəsaitləri hesablarına tullantı sularının axıdılması üçün kanalizasiya xətləri çəkiblər.

Lakin indi həmin boruların mövcud kanalizasiya xəttinə qoşulması mümkün olmadığından, sakinlər çətin vəziyyətlə üzləşiblər.

Sakinlərin sözlərinə görə, dəfələrlə məsələ ilə bağlı "İri Şəhərlərin Su Təchizatı Xidməti"nə müraciət edilib. Qurumdan sakinlərə bildirilib ki, hər iki küçənin sakinləri problemi öz aralarında həll edəcəkləri təqdirdə ara küçələrdəki xətt əsas xəttə birləşdiriləcək.

Kəpəz küçəsinin sakinləri isə bildirirlər ki, kanalizasiya xəttini onlar da öz vəsaitləri hesabına çəkdiriblər.

Onların sözlərinə görə, digər küçənin sakinlərinin də həmin xəttə qoşulması onların evlərində problem yaranmasına səbəb ola bilər.

Tarix
2026.11.09 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla