Yuxarı

“Zəfər nəsli” gənclər düşərgəsi - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Zəfər nəsli” gənclər düşərgəsi - Fotolar

7-9 noyabr 2026-cı il tarixində Quba şəhərində yerləşən “Quba Olimpiya İdman Kompleksi”də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Zəfər nəsli” gənclər düşərgəsi keçirilib.

Şəhid övladlarının iştirak etdiyi düşərgənin keçirilməsində məqsəd, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbənin əhəmiyyətini təbliğ etmək, milli qürur və vətənpərvərlik hisslərini gücləndirmək, şəhidlərimizin xatirəsini yad etmək və Zəfər tariximizi gələcək nəsillərə çatdırmaqdır.

Düşərgə müddətində iştirakçılar üçün "İdeyadan tədbiqə: Süni intellekt necə işləyir?" və "44 günlük müharibədən bu günkü kiber təhdidlərə" adlı təlimlər keçirilib.

Daha sonra gənclər Zəfər tarixini və ümumi dünya görüşünü əks etdirən intellektual oyunda öz güclərini sınayıblar. Müxtəlif komanda oyunlarında iştirak ediblər.

Aktiv və qalib gənclərə" Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tərəfindən hədiyyələr verilib.

Düşərgənin bağlanış mərasimində Millət vəkili Elçin Mirzəbəyli, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Zeynəddin Azaqov, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış ediblər.

Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Vətən müharibəsində qazandığı tarixi Zəfərin Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış ən şanlı səhifələrdən biri olduğu vurğulanıb. Qəhrəman şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulacağı, gənclərimizin vətənpərvərlik ruhunda inkişaf etməsinin və tarixi yaddaşımızın qorunmasının vacibliyi bir daha vurğulanıb.

Tarix
2026.11.09 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla