Yuxarı

Münhendə Zəfər və Dövlət Bayrağı günlərini qeyd edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Münhendə Zəfər və Dövlət Bayrağı günlərini qeyd edildi - Foto

Almaniyanın Münhen şəhərində yaşayan azərbaycanəsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçiriblər.

Axar.az xəbər verir ki, Yanuş Korçak Avropa Akademiyasında keçirilən tədbir iştirakçıları, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Azərbaycan rejissoru Rüfət Əsədov bildirib ki, Azərbaycan əsrlər boyu müxtəlif xalqların və dini icmaların sülh, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı, multikultural dəyərlərin qorunub saxlanıldığı nadir ölkələrdən biridir. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda çiyin-çiyinə mübarizə aparması ölkəmizdəki milli həmrəyliyin və birgəyaşayış ənənələrinin bariz nümunəsidir.

Münhen yəhudi icmasının fəalı Emin Salimov da çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Almaniyada yaşayan azərbaycanlılar, o cümlədən dağ yəhudiləri Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin haqlı mövqeyinin müdafiə olunması və həqiqətlərin dünya ictimaiyyətinə təqdim edilməsi istiqamətində fəal iş aparıblar. O qeyd edib ki, həmin dövrdə nümayiş etdirilən həmrəylik Azərbaycan xalqının birliyinin, milli mənsubiyyətindən asılı olmayaraq Vətənə bağlılığın və ortaq dövlətçilik dəyərlərinə sədaqətin bariz təzahürü olub.

Tədbir çərçivəsində azərbaycanlı rejissor Rüfət Əsədovun “Əsrlərdən gələn ənənələr” sənədli filminin təqdimatı olub.

Qeyd edək ki, film yəhudi əsilli azərbaycanlı rəssam Albert Rəfiyevin həyat və yaradıcılığına həsr olunub. Azərbaycan Rəssamlar İttifaqının və Xalçaçılar Birliyinin, eləcə də Rusiya Rəssamlar İttifaqının üzvü olan Albert Rəfiyev S.Vaynşteyn mükafatının laureatıdır.

Filmdə Albert Rəfiyevin yaradıcılığında Azərbaycan və yəhudi mədəniyyətlərinin vəhdəti, bu iki xalqın zəngin mədəni irsinin sənətkarın yaradıcılığında əks olunması mövzusu işıqlandırılır.

Azərbaycan və İsrailin birgə istehsalı olan filmin istehsalçısı “Sholumi”, prodüseri isə Shaul Siman-Tovdur.

Tarix
2026.11.09 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla