Yuxarı

Qoca ana nazirliyin qapısında gecələdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayşat Mirzoyeva adlı yaşlı bir xanım iki gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qapısında qalıb.

"Axar.az" xəbər verir ki, bu məlumatı jurnalist Aynur İmranova Feysbuk profilində paylaşıb. Jurnalist yazıb ki, ötən gün axşam saatlarında qadını qəbul otağından çıxarıb küçəyə atıblar: "Eyni hal dünən də davam edib. Qadın neçə gündür ki, soyuqda nazirliyin qapısında dayanır. Yaşamağa evi olmayan yaşlı qadın bir müddətdir ki, sığınacaqda məskunlaşıb".

Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin hüquqşünası Nəcibə Rəfizadə məsələ ilə bağlı "Axar.az"a verdiyi açıqlamada bildirdi ki, sözügedən xanıma qocalar evinə yerləşdirilməsi üçün nazirliyə müraciət etməsi məsləhət görülüb:

"Qocanı nazirliyə biz özümüz apardıq. Qəbul otağında bir müddət gözlədikdən sonra qadını oradan uzaqlaşdırıblar. Getməyə yeri olmadığı üçün iki gün nazirliyin qapısında qalıb. Biz ora müraciət edib, kömək göstərmələrini xahiş etdik. Ancaq nazirlik buna da əhəmiyyət vermədi".

İB-in hüquqşunası dedi ki, nazirliyin qapısında qalan qocanı gecə vaxtı ərazidə dayanan taksi sürücüləri əvvəllər qaldığı sığınacağa pulsuz aparıblar: "Sığınacaqda qalırdı. Ancaq qocalar evinə yerləşmək istəyirdi. Nazirliyə müraciət etməsinin də səbəbi bu idi. Lakin nazirlik qocanı 2 gün qapısında saxladıqdan sonra qocalar evinə apardı. Məsələni mətbuatda qaldıracağımızı deməsəydik, yəqin indi də qapıda qalacaqdı".

Bildirək ki, iki gün qapıda saxlanılan ana dünən axşam saat 9-da qocalar evinə yerləşdirilib.

Tarix
2014.03.13 / 14:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla