Yuxarı

Röya Ayxanın adından dələduzluq - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Röya Ayxanın adından dələduzluq - Foto

Xalq artisti Röya Ayxanın adından Niderlandın paytaxtı Amsterdamda keçirilməsi nəzərdə tutulan konsertlə bağlı saxta elanlar yayılıb.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan afişalarda müğənninin 2027-ci il yanvarın 30-da Amsterdamdakı “De Koning Saal”da səhnəyə çıxacağı qeyd olunub.

Elanlarda sənətçinin fotolarından istifadə edilib, bilet almaq istəyənlər üçün əlaqə nömrələri də göstərilib.

Yayılan məlumatlarla bağlı Röya Ayxan özü açıqlama verərək həmin tarixdə və məkanda konsertinin nəzərdə tutulmadığını bildirib. O, afişaların rəsmi komandası tərəfindən hazırlanmadığını vurğulayıb.

Xalq artisti izləyicilərinə saxta elanlara aldanmamaq, həmin nömrələr vasitəsilə bilet sifariş etməmək və ödəniş etməmək barədə xəbərdarlıq edib. Müğənni konsertləri ilə bağlı doğru məlumatların yalnız rəsmi sosial media hesablarında paylaşılacağını diqqətə çatdırıb.

Tarix
2026.11.10 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla