Yuxarı

Müşfiqabadda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müşfiqabadda Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

Paytaxtın Qaradağ rayonunda məcburi köçkünlər üçün müvəqqəti salınmış Müşfiqabad qəsəbəsində “Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” mövzusunda tədbir keçirilib. Anım və maarifləndirmə xarakteri daşıyan görüş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə “Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyinin birgə təşəbbüsü ilə təşkil edilib.

Axar.az xəbər verir ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra iştirakçılara işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini və regionun gələcək inkişaf mənzərəsini əks etdirən videoçarxlar nümayiş olunub.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin nümayəndəsi Cəsarət Qəhrəmanov keçmiş məcburi köçkünlərə göstərilən dövlət qayğısının əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın köçkünlərin sosial və mədəni inkişafına daim xüsusi diqqətlə yanaşdığını bildirib. Qeyd olunub ki, Böyük Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən canlanır, sakinlər öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdırlar. Hazırda azad olunmuş torpaqlarda məskunlaşan, çalışan və təhsil alan vətəndaşların sayı artıq 100 min nəfərə yaxınlaşır.

“Dəmir Yumruq” İctimai Birliyinin sədri Əbil Zeynalov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi mənasından söz açıb. O bildirib ki, Böyük Qayıdış yalnız fiziki məskunlaşma deyil, həm də şəhidlərimizin ruhuna və qazilərimizin fədakarlığına ehtiramın əyani göstəricisidir.

“Vətən Səsi” qəzetinin baş redaktoru Elşən Əliyev, şəhid ailəsinin üzvü Fəridə Cabbarova, Vətən müharibəsi iştirakçısı Nicat Cəlilov, professor Elçin İsgəndərzadə də çıxış edərək qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini çatdırıblar. Çıxışçılar azad edilmiş torpaqlardakı genişmiqyaslı tikinti-quruculuq işlərinin milli həmrəyliyi və ruhi dirçəlişi daha da möhkəmləndirdiyini ifadə ediblər.

Tədbirin sonunda iştirakçılara Böyük Qayıdış prosesini əks etdirən maarifləndirici kitabçalar və broşürlər paylanılıb.

Tarix
2026.11.11 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla