Yuxarı

3 milyonluq mənimsəmə: Sabiq vəzifəliyə ittiham elan edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
3 milyonluq mənimsəmə: Sabiq vəzifəliyə ittiham elan edildi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xüsusilə külli miqdarda mənimsədə ittiham edilən sabiq vəzifəli şəxsi Səday Alıyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən baxış iclasında prokuror təqsirləndirilənə ittiham aktını elan edib.

Səday Alıyev ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib.

Növbəti iclas dekabrın 15-nə təyin edilib.

Qeyd edək ki, Səday Alıyev 3 milyon manat mənimsəmədə ittiham olunur.

ADSEA-da şöbə müdiri vəzifəsində çalışan S.Alıyevin fəaliyyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində məhkəməyə qədər polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ADSEA-nın tabeliyindəki "İri Şəhərlərin Su Təchizatı" QSC zərərçəkmiş qismində tanınıb.

Tarix
2026.11.11 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla