Yuxarı

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, işçilərə əmək haqqı və digər ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilən məlumatlar əsasında Azərbaycan Mərkəzi Bank tərəfindən müəyyən olunan elektron ödəniş sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur:

"Eyni zamanda, ödənişlərin işçinin sərbəst seçimi əsasında müəyyən etdiyi bank hesabına köçürülməsi təmin ediləcək. Bu mexanizmin əsas üstünlüklərindən biri ondan ibarətdir ki, əmək haqqının yalnız əmək müqaviləsində və ya müvafiq informasiya sistemində göstərilən məbləğdə rəsmiləşdirilməsi deyil, faktiki ödənilməsi də elektron məlumatlar əsasında izlənilə biləcək".

Nazir müavini əlavə edib ki, nəticədə, əmək haqqının gecikdirilməsi, azaldılmış məbləğdə ödənilməsi və ya müəyyən hissəsinin gizlədilməsi kimi halların aşkar edilməsi və qarşısının alınması üçün daha effektiv nəzarət mexanizmi formalaşdırılacaq:

"Bununla yanaşı, nəzərdə tutulan mexanizm yalnız nəzarət tədbirlərinin gücləndirilməsi ilə məhdudlaşmır. Bu, həmçinin əmək münasibətlərinin iştirakçıları üçün əmək haqqı və digər ödənişlər, qanunvericilikdə nəzərdə tutulan tutulmalar, həmçinin şəxsin gəlir tarixçəsi barədə məlumatların elektron qaydada əldə edilməsi imkanını yaradacaq".

Z.Əliyev vurğulayıb ki, bu sistemin tətbiqi işəgötürənlərin hesabatlılıq yükünün azaldılmasına, vergi və sosial sığorta məlumatlarının daha operativ formalaşdırılmasına, məzuniyyət və müvəqqəti əmək qabiliyyətsizliyi hallarında orta əməkhaqqının avtomatik hesablanmasına xidmət edəcək:

"Təklif olunan dəyişikliklər əmək münasibətlərində şəffaflığın artırılmasına, məlumat mübadiləsinə əsaslanan vahid və proaktiv nəzarət mexanizminin formalaşdırılmasına da imkan verəcək".

Tarix
2026.11.11 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla