Yuxarı

Minimum əmək haqqı ilə bağlı mühüm açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Minimum əmək haqqı ilə bağlı mühüm açıqlama

Azərbaycanda minimum əmək haqqına ildə azı bir dəfə baxılması üçün işçi qrupu yaradılıb.

Axar.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirliyin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, son dövrlərdə Əmək Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq baxılması mexanizminin tətbiqidir:

"Bu mexanizmin tətbiqi ilə əlaqədar artıq Nazirlər Kabinetində işçi qrupu yaradılıb. Həmin işçi qrupunda aidiyyəti dövlət orqanlarının rəhbərləri və rəhbər müavinləri, eyni zamanda sosial tərəfdaşların nümayəndələri iştirak edirlər. Təbii ki, işçi qrupunda məsələyə baxılarkən həm "Yaşayış minimumu haqqında" qanunda minimum əməkhaqqı ilə bağlı müəyyən edilmiş meyarlar nəzərə alınacaq, həm də hər bir tərəfin rəhbərlik etdiyi və siyasətini həyata keçirdiyi orqanların və təşkilatların xüsusiyyətləri əsas götürüləcək. Bununla da minimum əməkhaqqının saatlıq məbləğinin və ümumi məbləğinin müəyyən edilməsi təmin olunacaq".

Tarix
2026.11.11 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Konstitusiyamız demokratik inkişafa təminat yaradan...

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla