Yuxarı

Bu uşaqlara görə verilən müavinətlə bağlı yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu uşaqlara görə verilən müavinətlə bağlı yenilik

Üç yaşınadək uşağa qulluğa görə müavinət almaq üçün ən azı 6 ay sosial sığorta stajının tələb olunması təklif edilir. Əlaqəli qanunlarda sosial məzuniyyət və müavinətlə bağlı müddəalar da bu yanaşmaya uyğunlaşdırılır. Burada staj tələbi müavinət almaq hüququna aiddir və uşağa qulluğa görə sosial məzuniyyət hüququ saxlanılır.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev deyib.

Nazir müavini bildirib ki, mövcud hüquqi tənzimləmədə isə minimum sosial sığorta stajı tələbinin olmaması sistemdən sui-istifadə risklərini artırır və müavinətin məbləğinin artırılması istiqamətində daha geniş tədbirlərin həyata keçirilməsini çətinləşdirir:

"6 aylıq sosial sığorta stajı tələbinin müəyyən edilməsi sosial sığorta ödənişlərində vahid yanaşmanın təmin edilməsi, yalnız müavinət əldə etmək məqsədilə formal əmək münasibətlərinin yaradılması riskinin azaldılması və sistemin maliyyə dayanıqlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və eyni zamanda gələcəkdə müavinətin məbləğinin artırılması üçün də daha sağlam əsas formalaşdırır".

Tarix
2026.11.11 / 12:56
Müəllif
Axar.az
Digər xəbərlər

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəldi - Video

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla