Yuxarı

Samuxda kompleks mülki müdafiə təlimi keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Samuxda kompleks mülki müdafiə təlimi keçirildi

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin (RM) təşkilatçılığı ilə Samux rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Təlimdə FHN Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, FHN-in müvafiq qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsinə cavabdeh şəxslər iştirak ediblər.

Təlimin keçirilməsində məqsəd dislokasiya ərazisində mülki müdafiə planlarının reallığının yoxlanılması, rayon FHK, mülki müdafiə idarəetmə orqan və dəstələrinin ehtimal olunan fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi, mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin yüksək hazırlıq rejiminə gətirilməsi olub.

Tədbirdə, əvvəlcə şərti fövqəladə hal zamanı “əhalinin köçürülməsi” üçün hazırlanmış çadır şəhərciyinə baş çəkilib, mülki müdafiə dəstələrinə sıra baxışından sonra təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib.

Müşavirədə çıxış edən Gəncə RM-in rəisi Ramin Orucov fövqəladə hadisələr zamanı mülki müdafiənin əhəmiyyəti, mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması istiqamətində idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən bəhs edib.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev təlimin vacibliyindən söz açıb, mülki müdafiə sahəsində qurumların birgə və əlaqələndirilmiş fəaliyyətinin əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm rol oynadığını vurğulayıb.

Sonra kompleks mülki müdafiə təliminə start verilib. Təlim zamanı şərti irimiqyaslı fövqəladə hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə rayonun hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, “yanğınsöndürmə, xilasetmə və digər təxirəsalınmaz tədbirlər” uğurla həyata keçirilib, qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Kompleks təlimə FHN Gəncə RM-in və rayonun aidiyyəti qurumlarının hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin ümumilikdə 292 nəfərdən ibarət şəxsi heyəti və 69 ədəd texnikası cəlb edilib.

Uğurla reallaşdırılan təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.

Tarix
2026.11.11 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla