Yuxarı

Onlara mənzil əvəzinə pul verilsin – Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlara mənzil əvəzinə pul verilsin – Təklif

Şəhid ailələri, müharibə əlilləri və ehtiyacı olan hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilə bilər.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu təkliflə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.

O bildirib ki, bu halda vətəndaşlar öz istəklərinə uyğun ərazidə mənzil ala və ya torpaq sahəsi əldə edərək ev tikə bilərlər:

“Hökumət bu barədə ciddi düşünməlidir. Onlar istədiyi yerdən, bəlkə də valideynlərinə yaxın bir yerdən almaq istəyirlər, yaxud kəndə gedib torpaq alıb ev tikmək istəyirlər. Bəzən elə yerdə evlər tikilir ki, kimsə həmin ərazidə yaşamaq istəmir”.

Deputat bu kateqoriyadan olan şəxslərin mənzil təminatı ilə bağlı bir sıra suallar qaldırıb, hazırda neçə şəhid ailəsinin və müharibə əlilinin mənzil növbəsində olduğunu, son altı ildə onlardan neçəsinin mənzillə təmin edildiyini, 2027-ci ildə bu məqsədlə ayrılan vəsait hesabına neçə mənzilin tikiləcəyini, nə qədər insanın mənzil ala biləcəyini və növbədə qalanların sayının açıqlanmasını istəyib.

Qüdrət Həsənquliyev 20 Yanvar hadisələri ilə əlaqədar zərər çəkmiş ailələr arasında bu günədək mənzillə təmin olunmayan şəxslərin də olduğunu bildirib və həmin şəxslərin nə vaxt mənzillə təmin ediləcəyinə aydınlıq gətirilməsini xahiş edib.

Tarix
2026.11.11 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla