Yuxarı

Onların DSMF-yə borclarını silmək mümkün deyil...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onların DSMF-yə borclarını silmək mümkün deyil...

Bələdiyyələrin Dövlət Sosial Müdafiə Fonduna yaranmış borclarının silinməsi mümkün deyil.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, sosial sığorta vəsaitləri dövlətin və ya işəgötürənin deyil, vətəndaşların vəsaitidir:

“Bu nə dövlətin, nə işəgötürənin vəsaitidir, bu, vətəndaşın vəsaitidir. Sosial sığorta vəsaitləri vətəndaşın vəsaitidir və onları nə dövlət qərarı ilə bir tərəfli qaydada silmək olar, nə başqa bir addım atıla bilər. Sosial sığorta haqlarının yığılması 2019-cu ildən Vergi Xidməti tərəfindən həyata keçirilir. Borcların bələdiyyələrin qarşısında qaldırılması da məhz həmin öhdəliklərin ödənilməsi tələbi ilə bağlıdır. Borcların ödənilməməsi bələdiyyələrdə çalışan işçilərin gələcək pensiyalarına və sosial sığorta haqlarından irəli gələn müavinətlərinə mənfi təsir göstərə bilər. Borcların yaranma səbəbləri araşdırılmalıdır. Çünki əməkhaqqı ödənildiyi halda sosial sığorta haqlarının ödənilməməsi qanun pozuntusudur".

O, məsələnin İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə iştirakı ilə müzakirə edilməsini, borcların növbəti dövrlərdə hansı mexanizmlə bağlanmasının mümkünlüyünün araşdırılmasını təklif edib.

Tarix
2026.11.11 / 14:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla