Yuxarı

Bu güzəştlərin məbləği böyükdür, ona görə... - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu güzəştlərin məbləği böyükdür, ona görə... - Nazir

Azərbaycanda vergi və gömrük güzəştlərinin məbləği kifayət qədər böyükdür.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bütün vergi və digər güzəştlər hökumət tərəfindən təsdiq edilmiş metodologiyaya uyğun olaraq qiymətləndirilir:

“Bu məqsədlə Maliyyə Nazirliyi tərəfindən müvafiq portal yaradılıb. Portal vasitəsilə güzəştlərin fiskal və iqtisadi təsirləri müxtəlif parametrlər üzrə qiymətləndirilir, nəticələr ümumiləşdirilərək güzəştlərin məqsədəuyğunluğu barədə rəylə birlikdə Nazirlər Kabinetinə təqdim olunur".

Sahil Babayev qeyd edib ki, Azərbaycanda həm vergi, həm də gömrük güzəştlərinin məbləği böyükdür:

“Burada əsas məqsəd iqtisadiyyatın, real sektorun inkişafı, biznesə və sahibkarlığa dəstək tədbirləridir. Ona görə də biz güzəştlərin hər zaman müddətli olmasının tərəfdarıyıq”.

Nazir vurğulayıb ki, güzəştlərin müddəti başa çatdıqda onların uzadılması məsələsinə yenidən baxılır və əvvəlki dövrdə tətbiq olunan güzəştlərin nəticələri qiymətləndirilir.

O əlavə edib ki, güzəştlər yalnız iqtisadi meyarlar əsasında müəyyən edilmir. Bu qərarların böyük bir hissəsi sosial siyasət və həssas qrupların qorunması məqsədilə qəbul olunur.

Tarix
2026.11.11 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev və ailəsi COP31 Sammitində iştirak edir

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla