Yuxarı

Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Saatlıq maaş sisteminə keçəcək ilk sahələr açıqlandı

Azərbaycanda saatlıq əməkhaqqı sisteminin ilk tətbiq olunacağı sahələr məlum olub.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev deyib.

O bildirib ki, proses mərhələli şəkildə olacaq:

"Bu istiqamətdə başlıca məqsəd müasir məşğulluq imkanlarını genişləndirməklə yanaşı, vətəndaşların əmək və sosial təminat hüquqlarının daha etibarlı qorunmasını təmin etməkdir: "Bu istiqamətdə muzdla işləyənlər üçün minimum saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur. Sistemin 2027-ci ildə tətbiqinə başlanılması planlaşdırılır".

Nazir müavini qeyd edib ki, əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın tənzimlənməsini zəruri edir:

"Bununla bağlı qanun layihəsi müəyyən fəaliyyət sahələrində bir aydan az müddətə bağlanılan əmək müqavilələri, həmçinin həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üzrə saatlıq əməkhaqqı sisteminin tətbiqini nəzərdə tutur. Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqı əsasında hesablanaraq saatlıq tarif maaşından daha yüksək müəyyən edilməsi təklif olunur".

Z.Əliyev qeyd edib ki, ilk mərhələdə sistemin yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrini əhatə etməsi nəzərdə tutulur:

"Bununla belə, tətbiq gələcəkdə bu sahələrlə məhdudlaşmaya və digər fəaliyyət sahələrini də əhatə edə bilər. Təklif olunan dəyişiklik minimum əməkhaqqı institutunun daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına və beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların ölkəmizdə tətbiqinə imkan yaradacaq" - o bildirib.

Tarix
2026.11.11 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla