Şəmkirdə daha bir qəza: 1 ölü, 2 yaralı
10:37
| Ana səhifə Toplum |
|
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 1992-ci il təvəllüdlü A.Müslümanov, 1999-cu il təvəllüdlü E.Həmzəyev və 1987-ci il təvəllüdü Ş.İsmayılova xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Tibbi yardımlara baxmayaraq, 1992-ci il təvəllüdlü A.Müslümanov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
|
Tarix
2026.11.12 / 10:37
|
Müəllif
Axar.az
|