Yuxarı

Daxili Qoşunların keçmiş komandanına ağır itki

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daxili Qoşunların keçmiş komandanına ağır itki

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib.

Axar.az xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib.

Qeyd edək ki, Fəhmin Hacıyev 23 aprel 1959-cu ildə Ucar rayonunda anadan olub. 1988-ci ildən Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəal üzvü olub.

1990-cı ilin 20 yanvar hadisələrindən sonra həbs edilib. 9 ay müddətində əvvəlcə Lefortovo həbsxanasında, sonra isə Bayıl həbsxanasında saxlanılıb. Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbərin 22 may 1992-ci il tarixli sərəncamına əsasən Fəhmin Hacıyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanı vəzifəsinə təyin edilib. 1993-cü il iyunun 16-da isə həmin vəzifədən azad olunub.

Daxili Qoşunlarının Komandanı vəzifəsindən azad olunandan sonra Fəhmin Hacıyev İstanbul şəhərinə mühacirətə gedib, bir müddət sonra isə Azərbaycanın tələbi ilə həbs edilib. 2004-cü il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən əfv olunub.

Əfv olunduqdan sonra Ukraynaya köçüb, orada bizneslə məşğul olub.

Hazırda Türkiyədə yaşayır.

Tarix
2026.11.12 / 13:32
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla