Yuxarı

COP31: Sıfır Tullantı Muzeyinin açılışı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
COP31: Sıfır Tullantı Muzeyinin açılışı oldu

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 12-də Sıfır Tullantı Muzeyinin açılışı olub.

Axar.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva, COP31-də iştirak edən dövlət və hökumət başçılarının xanımları, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də BMT-nin Sıfır Tullantı üzrə Yüksək Səviyyəli Şəxslər Məsləhət Şurasının üzvləri açılış mərasimində iştirak ediblər.

Muzeyin açılışını bildirən lent tədbir iştirakçılarının iştirakı ilə kəsilib.

Türkiyənin Sıfır Tullantı Fondu tərəfindən COP31 çərçivəsində yaradılan muzey 2017-ci ildə əsası qoyulan Sıfır Tullantı Layihəsinin milli və beynəlxalq miqyasda inkişaf yolunu əks etdirir.

Muzeyin əsas məqsədi gündəlik həyatda istifadə olunan əşyaların ömrünün uzadılması, təbii ehtiyatların qorunması və tullantıların azaldılması istiqamətlərində ictimai maarifləndirməni gücləndirməkdir.

Qeyd edək ki, muzeydə təqdim olunan təcrübənin beynəlxalq miqyasda təbliği və müxtəlif ölkələrdə sıfır tullantı yanaşmasının təşviqinə töhfə verməsi nəzərdə tutulur.

Tarix
2026.11.12 / 21:09
Müəllif
Axar.az
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla