Cəbrayılda şirkət işçilərinin yaşadığı tikili yandı
11:12
| Ana səhifə Toplum |
|
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərə başsağlığı verib.
Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin", - başsağlığında bildirilib.
|
Tarix
2026.11.13 / 11:07
|
Müəllif
Axar.az
|