Yuxarı

Qaradağda yeni körpü tikilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaradağda yeni körpü tikilir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən M2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yerləşən daha bir körpünün sökülərək yenidən tikintisinə başlanılıb.

AAYDA-dan Axar.az-a verilən məlumata görə, bu, Qobustan qəsəbəsi ərazisində yenilənən sayca 4-cü, ümumilikdə isə son aylarda Qaradağ rayonunda yenidən tikintisinə başlanılan 6-cı körpüdür.

Mövcud körpünün istismar müddətini başa vurması və texniki vəziyyəti nəzərə alınaraq onun yerində müasir tələblərə cavab verən yeni körpünün inşası nəzərdə tutulur.

Qeyd edək ki, son aylarda Qobustan qəsəbəsi ərazisində yerləşən üç körpünün tikintisi yekunlaşdırılıb. Bundan əlavə, Qaradağ rayonunun Səngəçal–Çeyildağ avtomobil yolunun 13-cü və Lökbatan–Güzdək avtomobil yolunun 2,2-ci kilometrliyində yerləşən körpülər də yenidən tikilərək istifadəyə verilib.

Hazırda isə Qobustan qəsəbəsi ərazisində növbəti körpünün yenidən qurulması istiqamətində işlər həyata keçirilir.

Tarix
2026.11.13 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla