Yuxarı

Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?

Dünən Azərbaycanda saxlanılan “Barış Boyun” cinayətkar qruplaşmasının liderlərindən olan Mehmet Rəcəb Dəmirlə (Mehmet Recep Demir)bağlı təfərrüatlar üzə çıxıb.

Axar.az lent.az-a istinadla xəbər verir ki, Türkiyədə “Barış Boyun” silahlı cinayətkar dəstəsinin rəhbər şəxslərindən biri hesab edilən Mehmet Rəcəb Dəmirin İstanbulda iş adamına qarşı sui-qəsd planının təşkilində iştirak etdiyi məlum olub.

Məlumata görə, Mehmet Rəcəb Dəmir və cinayətkar dəstənin digər rəhbər şəxsi Mirhan Aygün valyutadəyişmə məntəqəsinin sahibi Mustafa Akın öldürülməsini planlaşdırmaqda ittiham olunurlar.

İstintaq materiallarına əsasən, Mehmet Rəcəb Dəmir 2024-cü il fevralın 5-də Mustafa Akın İstanbulun Bakırköy rayonundakı “Balkon Cafe”də olduğunu öyrənib. Bundan sonra o, Mirhan Aygün vasitəsilə muzdlu qatillərə avtomobil və silah göndərilməsini təşkil edib.

Həmin gün saat 23:10-da kafeyə silahlı hücum həyata keçirilib. Lakin Mustafa Ak hadisədən bir qədər əvvəl məkanı tərk edib. Atəş nəticəsində kafedə olan Məhəmməd Çakmakçı (Muhammet Çakmakçı) ağır yaralanaraq bir gözünü itirib.

İstintaqın məlumatına görə, silahlı hücuma səbəb Mustafa Akın 9 milyon avroluq borc mübahisəsi olub.

İstanbul Baş Prokurorluğunun hazırladığı 1121 səhifəlik ittiham aktında Mehmet Rəcəb Dəmir cinayətkar təşkilatın rəhbər şəxslərindən biri kimi göstərilib.

Mehmet Rəcəb Dəmir və digər rəhbər şəxslər barəsində cinayət törətmək məqsədilə təşkilat yaratma, silahlı cinayətkar dəstəyə üzv olma, əvvəlcədən planlaşdırılmış qəsdən adam öldürməyə cəhd, silahlı hücum, ağırlaşdırıcı hallarda soyğunçuluq, hədə-qorxu, rəsmi sənədlərin saxtalaşdırılması, qanunsuz silah saxlama və digər maddələrlə ittihamlar irəli sürülüb.

Prokurorluq Mehmet Rəcəb Dəmirin də daxil olduğu təqsirləndirilən şəxslərin hər biri üçün ittihamların məcmusuna əsasən 613 ildən 2967 ilədək həbs cəzası tələb edir.

Tarix
2026.11.13 / 11:36
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla