Yuxarı

Azərbaycanlı kişi arvadının başını kəsdi – Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı kişi arvadının başını kəsdi – Anbaan video

Rusiyada azərbaycanlı kişi keçmiş arvadını öldürüb.

Axar.az lent.az-a istiandla xəbər verir ki, hadisə Sankt-Peterburq şəhərinin Vavilovlar küçəsində qeydə alınıb.

28 yaşlı Yaqub Vaqif oğlu Süleymanov keçmiş qeyri-rəsmi həyat yoldaşını qadınlara yardım mərkəzinin qarşısında bıçaqlayıb.

Ağır xəsarətlər alan 27 yaşlı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məlumata əsasən, qadın əvvəllər dəfələrlə polisə müraciət edərək həyat yoldaşının onu döydüyünü bildirib. Sentyabr ayında Yaqubdan qaçaraq sosial yardım mərkəzinə sığınıb. Lakin keçmiş həyat yoldaşı onun yerini müəyyənləşdirib.

Noyabrın 12-də qadını mərkəzin girişində yaxalayan Yaqub Süleymanov ona səkkiz bıçaq zərbəsi endirib və boğazını kəsib. Hadisədən sonra avtomobillə qaçan şübhəli yarım saat sonra polisə zəng edərək cinayətini etiraf edib. O, daha sonra saxlanılıb.

Qeyd edək ki, Yaqub Süleymanov Azərbaycanda anadan olub, Rusiya vətəndaşıdır və bir müddət Dağıstanda yaşayıb. Onun 3 övladı var. Qətlə yetirilən qadının isə 5 yaşlı oğlu qalıb.

Tarix
2026.11.13 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla