Yuxarı

Tiktokda icra başçısını təhqir etdi, həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiktokda icra başçısını təhqir etdi, həbs olundu

Tiktokda canlı yayım açaraq sərxoş halda Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin və digər şəxslərin ünvanına təhqiredici, nalayiq, qeyri-etik sözlər işlədən şəxs inzibati qaydada həbs olunub.

Axar.az Xitab24.az-a istinadla xəbər verir ki, məsələ ilə bağlı 1990-cı il təvəllüdlü Yevlax sakini barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında əməlindən peşman olduğunu, icra başçısından heç bir şikayəti olmadığını, əksinə Anar Tağıyevin onu işlə təmin edib kreditini bağladığını bildirib.

Canlı yayım açan zaman sərxoş olduğunu bildirən şəxs, Vətən müharibəsi iştirakçısı olmaqla yanaşı, üç medalla təltif olunduğunu deyib.

Yevlax Rayon Məhkəməsinin qərarına əsasən, 36 yaşlı şəxs 15 sutka inzibati qaydada həbs edilib.

Tarix
2026.11.13 / 13:49
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla