Yuxarı

Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat

Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi bölgə xalqlarının maraqlarına cavab verir. Azərbaycan daim bu istiqamətdə təşəbbüslər göstərib və göstərməkdədir. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra regionumuzun əməkdaşlıq məkanına çevrilməsi üçün real zəmin yaranıb. Noyabrın 12-də Dublində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü də sülh prosesi müstəvisində böyük əhəmiyyət kəsb edir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, liderlər ötən il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Sammitinin nəticələrinə və həmin tədbirdə imzalanmış Vaşinqton Birgə Bəyannaməsinə əsaslanaraq, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi ətrafında fikir mübadiləsi aparıblar. Vaşinqton görüşündən sonra 30 il ərzində davam edən münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub:

“Bu görüşdən sonra ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir. Dublində keçirilən görüşdə də liderlər iki ölkə arasında sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş praktiki addımlara, o cümlədən nəqliyyat və tranzit əlaqələrinin inkişafına, iqtisadi-ticari münasibətlərə, sərhədlərin delimitasiyasına və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə dair müzakirələr aparıblar. Bu kontekstdə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRİPP) inkişafı istiqamətində əldə olunmuş irəliləyişlər, o cümlədən onun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsi, həmçinin TRİPP marşrutu boyunca tranzit əlaqələrinin perspektivləri müzakirə edilib. Vaşinqton Sammitinin nailiyyətlərindən biri də Azərbaycanın Naxçıvan bölgəsi ilə maneəsiz bağlantını təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" layihəsidir. Bu marşrut - Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRİPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinin inteqrasiyasına səbəb olacaq”.

Millət vəkilinin fikrincə, Azərbaycan dövləti sübut etdi ki, Zəfər yalnız müharibədə qalib gəlmək deyil, həm də sülh yaratmaq və gələcək nəsillər üçün sabitlik təmin etməkdədir:

“Bu mənada Prezident İlham Əliyevin sülh təşəbbüsləri böyük siyasi iradəni, ədalətli sülhü və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunu tərənnüm edir. Dövlətimizin başçısının diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Buna görə də, dünya ictimaiyyəti Prezident İlham Əliyevin təqdim etdiyi sülh gündəliyini birmənalı olaraq qəbul edir”.

Samir Vəliyev qeyd edib ki, hazırkı sülh prosesi regional təhlükəsizlik, əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir:

“Vaşinqton razılaşmaları Ermənistan üçün də önəmli faydalar gətirir. Belə ki, ötən bir ildə Azərbaycan Ermənistana yük daşımaları üçün hər cür şəraiti yaradıb. Qazaxıstan və Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda və başqa məhsullar daşıyıb. Azərbaycandan isə Ermənistana neft məhsullarının ilk ixracı ötən ilin dekabrında başlayıb. Rəsmi Bakının bu istiqamətdə Ermənistana neft və neft məhsullarını davamlı tədarük etməsi bu ölkədə yanacağın qiymətinin tənzimlənməsinə, monopoliyanın zəifləməsinə təsir göstərib. Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir. Prezident İlham Əliyevlə Nikol Paşinyanın Dublin görüşündə də yüklərin Azərbaycan ərazisindən keçməklə Ermənistana və Ermənistandan tranziti müsbət hal kimi qeyd olunub. Ötən ilin noyabr ayından etibarən Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb. Tərəflər, həmçinin Azərbaycan ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Liderlər ətraf mühit və transsərhəd su əməkdaşlığının əhəmiyyətini vurğulayıb, transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar”.

“Birmənalı olaraq bu və digər razılaşmalar Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olub. Rəsmi Bakı Vaşinqton görüşündə əldə edilən razılığa və imzalanan sənədlərə uyğun olaraq sülh, normallaşma prosesinə töhfələr verir. Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü də dövlətimizin başçısının regionda lider statusunun və bölgədə sülh təşəbbüsünün müəllifi olduğunun Ermənistan tərəfindən qəbul edilməsinin növbəti dəfə təsdiqidir. Əgər Ermənistan Azərbaycanın haqlı olaraq irəli sürdüyü şərti - Ermənistan konstitusiyasında dəyişiklikləri yerinə yetirdikdən sonra sülh sazişini imzalamaq üçün heç bir maneə qalmayacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması da bütün region üçün faydalı əməkdaşlıq platforması olacaq. Bütün bunlar isə Cənubi Qafqaz üçün yeni perspektivlər açacaq” - deyə, Samir Vəliyev vurğulayıb.

Tarix
2026.11.13 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla