Yuxarı

Almaniyaya aparılan yükdə 29 kq narkotik çıxdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyaya aparılan yükdə 29 kq narkotik çıxdı - Video

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda psixotrop maddənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.

Qurumdan Axar.az-a verilən məlumata görə, “Şahtaxtı” gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Almaniya Federativ Respublikasına “meyvə şirəsi və enerji içkisi” yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib.

Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı yükdə şübhəli təsvirlər müşahidə edilib, eyni zamanda bəzi qutuların xarici görünüşlərinin digərlərindən fərqlənməsi üçün yandırılaraq işarələndiyi məlum olub.

Kinoloji xidmət itinin təbiqi ilə davam etdirilən yoxlama zamanı 11 qutudakı 84 ədəd şəffaf plastik butulkada qırmızı rəngli, kəskin iyli maye olduğu müəyyənləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan tədqiqat nəticəsində xüsusi üsullarla gömrük nəzarətindən gizlədilən həmin butulkalardakı maddənin maye halında xalis təmiz çəkisi 29 kiloqram 485.111 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin olduğu aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2026.11.13 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla